Quba rayonunda Dövlət Təhlikəsizlik Xidmətinin rəisi olan Heydər Abıyev vəzifəsindən çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Basta”ya Quba sakinləri məlumat verib. Heydər Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin qardaşı oğludur.
Bundan başqa, Heydər Abıyev nəqliyat naziri Ziya Məmmədovun bacısı qızının əridir. O, bu vəzifəyə məhz Ziya Məmmədovun təqdimatı ilə təyin olunubmuş.
***
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin qardaşı oğlu Heydər Abıyevin Dövlət Təhlükəsizlik Xidməti (DTX) orqanlarından azad olunması ilə bağlı xəbər həqiqəti əks etdirmir.
Azadliq.az xəbər verir ki, bu barədə virtualaz.org-a DTX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilir ki, o, DTX Quba rayon şöbəsinin rəisi vəzifəsindən azad olunub. Amma hazırda sərəncamdadır və onun təyinatı ilə bağlı məsələyə baxılır.
Qeyd edək ki, Heydər Abıyev nəqliyat naziri Ziya Məmmədovun bacısı qızının əridir. O, bu vəzifəyə məhz Ziya Məmmədovun təqdimatı ilə təyin olunubmuş.
Azadliq.az