Şərif və Səid Kuaşi qardaşları şəhid kimi ölmək istədiklərini söyləyiblər
Bunu “iTele” telekanalının efirində Paris regionunun Sena və Marna departamentindən Fransa Milli Assambleyasına deputat seçilən İv Albarello deyib.
O bildirib ki, Kuaşi qardaşları bunu hüquq-mühafizə orqanlarının əməkdaşları ilə danışıqlar zamanı bəyan ediblər.
Hazırda onların həbsi məqsədi ilə Dammarten-an-Qoel şəhərində xüsusi əməliyyat keçirilir. CDT mətbəəsinin binasında olan qardaşlar polis tərəfindən mühasirəyə alınıblar. Onların bir nəfəri girov götürdükləri bildirilir.
Mətbəədə mühasirə davam edir