Rusiya Prezidenti Vladimir Putin qondarma “erməni soyqırımı”nın 1915-ci il 100-cü ildönümü ilə bağlı 24 apreldə Yerevanda təşkil ediləcək tədbirdə iştirak edəcək.
Azadliq.az Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verdiyi xəbərə əsasən, bu barədə V.Putin Ermənistan Prezidenti Serj Sarkisyanla telefon danışığında deyib.
V.Putin erməni həmkarını Böyük Vətən müharibəsinin (1945 ci il 9 may) 70-ci ildönümü tədbirlərinə dəvət edib.
Qeyd edək ki, Rusiya 1915-ci il hadisələrini “soyqırım” kimi tanıyıb.
Azadliq.az