İçeriğe geçmek için "Enter"a basın

İntihar edən qızla bağlı YENİ FAKTLAR

10-02-2016

intiharDünən Bakıda 23 yaşlı qız yaşadığı evdə özünü asaraq intihar edib. Hadisə fevralın 8-i saat 19:00 radələrində Yeni Yasamal 2, bina 5 ünvanında qeydə alınıb. Faktla bağlı Yasamal rayon Prokurorluğunda cinayət işi açılıb, intiharın səbəbi araşdırılır.
Bu faciəli  xəbər, canına qəsd edən 23 yaşlı qızın ölümü bütün ölkəni sarsıtdı.

İctimai televiziyanın aparıcısı Aytac Vahabova bacısının ölümü ilə bağlı status yazıb: “Mənim bacım, nəfəsim, yaşama səbəbim, bizi tək qoyub hara getdin. Mən necə sənsiz yaşayım? Dərdimi kimə desəm, başa düşməz? Mələk olub getdin göylərə”.

Aytac Vahabova bacısının ölümü ilə bağlı atv.az-a məlumat verib: “Saytlar bacımın ölümü ilə bağlı müxtəlif səbəblər yazırlar, hamısı səhv, yalan məlumatlardır. Bacım sadəcə getmək istədi, getdi, səbəbsiz. Heç nə demədi. Bütün günü əlaqəmiz olub, mənə yazırdı, gülürdük, danışırdıq. Hər şey yaxşı idi, bir anın içində oldu.

Deyirlər guya maddi problemi olub. Necə maddi problem ola bilər ki, onun. Özünə maşın almaq üçün behini vermişdi, 3 gün əvvəl universitetin təhsil haqqını ödəmişdi, qiyabi oxuyurdu. Bizim ailəmiz elə ailədir ki, heç vaxt söz-söhbət olmur. Hamımız digərimiz üçün canımızı verməyə hazırıq. Sadəcə onun da alın yazısı bu qədər imiş. Həyatında heç kim yox idi, yəni sevgilisi, danışdığı. Sadəcə karyera qurmağı düşünürdü”.

Aytac Vahabova deyir ki, bacısı bir müddət “İki sahil” qəzetinin baş mühasibi kimi çalışıb: “Bir neçə ay əvvələ qədər orada çalışıb. Sonra xarici şirkətdə işləyirdi. Bacım ya həddindən artıq cəsarətli olub ki, belə bir şeyə cəsarət edib, ya da o qədər zəif olub ki, ona deyilən hansısa söz incidib, qəlbini qırıb. Çox kövrək idi Nigar. Kimsə kiminsə xətrinə dəyəndə o qədər həssas idi ki, ağlayırdı. Çox qorxurdu hər zaman davadan, söz-söhbətdən bəlkə də bu səbəb oldu. Amma həmişə yanımızda idi, heç kimlə problem olmamışdı.

Dünən bütün günü biz danışmışıq. Son olaraq 2-3 saat ərzində əlaqə itdi. Həmişə telefonu kənara atırdı, sonra gəlib görürdü ki, kimsə zəng vurub. Ona görə, əvvəl fikirləşdim yəqin zəngimi görmür. Fikirləşdim ki, yəqin həmin müddətdə ingilis dilinə gedirdi deyə onun dərslərin ilə məşğuldu. Sonra xəbər çıxmadıqca narahat olduq, evə gəldik. Biz evə gələndə artıq gec idi. Yanında heç kim olmayıb. Hamımız işdə olmuşuq, qardaşım da orta məktəbdə oxuyur deyə dərsdə olub. İki bacı, bir qardaş idik.

Heç birimiz onun ölümü ilə bağlı bir şey düşünə bilmirik. İndi sanki onun yenidən diriləcəyinə inanırıq. Elə bilirik yenə yanımıza gələcək. Yanımızda olmadığını dərk edə bilmirik deyə, hansı səbəbdən canına qəsd etdiyinin səbəbini də düşünə bilmirik”.

Qeyd edək ki, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Nigar Tahir qızı Vahabova yaşadığı evin yataq otağında özünü asaraq intihar edib. O, Kooperasiya Universitetinin maliyyə fakültəsinin qiyabi şöbəsinin dördüncü kursunda oxuyurdu.

***
Nigar Vahabovanın Rusiyada yaşayan atası onun dəfninə çata bilməyib
Dünən Bakıda intihar edən 23 yaşlı Nigar Vahabovanın ölümü ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın əldə etdiyi məlumata görə, N.Vahabova xeyli müddət imiş ki, qəzetlərdən birində mühasibatlıqda çalışırmış. 3 ilə yaxın burada çalışan N.Vahabova bir müddət əvvəl işdən ayrılıb.

O da bildirilib ki, N.Vahabovanın atası Rusiyada yaşayır. Qızının ölümündən bu gün xəbər tutan ata yola çıxaraq Bakıya gəlir. Lakin onun qızının dəfninə çatması mümkün olmayıb. N.Vahabovanın nəşi dəfn edilmək üçün artıq Şüvəlan qəsəbə məzarlığına aparılıb.
aytac
aytacc
Azadliq.az

İntihar edən qızla bağlı YENİ FAKTLAR