Üzdə və bədəndə yaranan ət xalları bir sıra xəstəliklərin göstəricisi ola bilər.Çoxlari bu xallarI cərrahi yolla kəsdirir.Bunun əks-təsirləri və ət xallarının yaranma səbəblərini öyrənmişik.
Kiminin alnında, kiminin burnunda, kimisinin isə boynunda ət xalı əmələ gəlir.
İnsanların çoxu xalın doğuşdan olduğunu zənn edirlər.
Əslində isə onların çoxu sonradan inkişaf edir.Genetik amillərə görə xalların 1/3-i doğuşdan, 2/3-i sonradan yaranır.Əgər ət xalınızın ölçüsü hər ay bir az daha böyüyürsə mütləq həkimə gedin. Çünki, bu xal yox, bədxassəli şiş ola bilər.
Ət xalları ən çox boyun, qoltuqaltı və göz ətrafında ortaya çıxır. Köklük, hamiləlik, mədə-bağırsaq problemi, hormon xəstəlikləri onların çoxalmasına səbəb ola bilər.
Bəs görəsən ət xalına cərrahi müdaxilə düzgündürmü? Həkimlər cərrahi müdaxiəlnin də ciddi müayinədən sonra tövsiyyə edirlər