16:48 xeber – Xalq şairi Zəlimxan Yaqub uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Azadliq.az xəbər verir ki, ailəsindən anspress-ə verilən məlumata görə, o, bir neçə dəqiqə əvvəl vəfat edib.
Zəlimxan Yaqub uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirdi. Hər iki böyrəyi olmayan ictimai xadim son vaxtlar dializ qəbul etməklə yaşayırdı.
Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunda anadan olub. 2005-ci ildə “Azərbaycanın xalq şairi” fəxri adına layiq görülən Zəlimxan Yaqub Məmməd Araz ədəbi mükafatı, “Şöhrət” ordeni və Gürcüstan Respublikasının “Şərəf” ordeni kimi bir sıra yüksək mükafatlara layiq görülüb.
1995-2005-ci illərdə Milli Məclisinin deputatı olub.
2008-ci il avqust ayının 29-da Azərbaycan Aşıqlar Birliyinin sədri, 1994-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvü olub.
Allah Rəhmət eləsin!
selam deyib ve tasliyatimi tamam azarbayjanilara arz ediram.tehranan
Selamlar. Azerbaicanimizin boyuk, deyerli ve de serefli sairinin vefat elemegin tesliyet deyip, millete ve azerbaycana basin sag olsun deyirem.
Cennet mekanin olsun…
Cox heyifler…
Emin, urumiye, iran.
bu xabari esidanda ela bilbasima soyuq suyi tokdilar.cox narahat oldum.allah rahmat elasin va yoli azarbaycan basin sag olsun azarbaycanin ardabil saharindan.