[r32]
xeber –
İngiltərə Premyer Liqası koronavirus testinin son nəticələri haqqında hesabat verib.
“Report”un məlumatına görə, bu barədə liqanın mətbuat xidmətinə istinadən “RİA Novosti” agentliyi bildirib.
Qeyd edilir ki, yoxlama sentyabrın 7-dən 13-dək aparılıb. Futbolçular, məşqçilər və Premyer Liqa klublarının əməkdaşları arasında ümumilikdə 2 131 test keçirilib. Test zamanı dörd nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Təhlükəli infeksiyaya yoluxanların adları açıqlanmır.
Premyer Liqanın mətbuat xidməti iddia edib ki, COVID-19-a yoluxanlar on gün müddətinə təcrid edilib.
mənbə :
Report.az