[r32]
xeber –
Quba rayonunda yanğın hadisəsi qeydə alınıb.
“Report” FHN-ə istinadən xəbər verir ki, rayonun İkinci Nügədi kəndində ümumi sahəsi 160 kv. m olan ikimərtəbəli taxta konstruksiyalardan ibarət ev yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
mənbə :
Report.az