İçeriğe geçmek için "Enter"a basın

Şamaxıda avtomobil dərəyə aşdı, sərnişin ağır yaralandı

13-09-2020

[r32]
xeber –

Şamaxı rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Acıdərə kəndində qeydə alınıb.

Hərəkətdə olan “Niva” markalı avtomobil idarəetməni itirərək dərəyə aşıb. Hadisə yerində ağır bədən xəsarətləri alan sərnişin 1993-cü il təvəllüdlü Məsimov Fərhad Faiq oğlu təcili yardım briqadasının köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona fəqərə sütununun sınığı və onurğa beyninin qapalı travması diaqnozları qoyulub. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


mənbə :
Report.az

Samaxida avtomobil dereye asdi, sernisin agir yaralandi