[r32]
xeber –
Sabirabadda yol-nəqliyyat nadisəsi zamanı 1 nəfər xəsarət alıb.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Azadakənd kəndində qeydə alınıb.
İlkin məlumata görə, “Jiquli” markalı avtomobil hərəkətdə olarkən anidən idarəetməni itirərək yolun kənarındakı maneəyə çırpılıb. Nəticədə rayonun Azadakənd kənd sakini, 1996-cı il təvəllüdlü Fərzəliyev İbadət Saləddin oğlu müxtəlif xəsarətlər alıb.
Salyan Mərkəzi Rayon Xəstəxanasında ona ilk tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
mənbə :
Report.az