[r32]
xeber –
Astarada bıçaqlanma hadisəsi baş verib.
“Report”un Cənub Mərkəzinin məlumatına görə, hadisə Kijəbə qəsəbə ərazi inzibati dairəsinə aid olan Burzubənd kəndində qeydə alınıb.
İlkin məlumata görə, 1990-cı il təvəllüdlü Emin İlham oğlu Əliyev həmkəndlisi tərəfindən bıçaqlanıb. Astara Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıya gövdənin sol nahiyəsinin kəsimiş-deşilmiş yarası, dalaq və mədənin yırtığı diaqnozu qoyulub. E.Əliyev təcili əməliyyat olunub.
Hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
mənbə :
Report.az