İçeriğe geçmek için "Enter"a basın

Bakıda 75 yaşlı qocanı avtomobil vurdu

12-09-2020

[r32]
xeber –

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Yolu keçən 1945-ci il təvəllüdlü Şükürov Adıgözəl Salman oğlunu minik avtomobili vurub.
Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sol körpücük sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.


mənbə :
Report.az

Bakida 75 yasli qocani avtomobil vurdu