İçeriğe geçmek için "Enter"a basın

Gürcüstanda koronavirusa yoluxanların sayı 2 000-ni ötdü

12-09-2020

[r32]
xeber –

Gürcüstanda son sutkada daha 158 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 9 pasiyent sağalıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19 diaqnozu qoyulanların sayı 2 075-ə, sağalanların sayı isə 1 363-ə çatıb. Xəstəlikdən 19 nəfər vəfat edib. 

Hazırda Gürcüstan üzrə 5 882 nəfər karantində, 390 nəfər isə stasionar nəzarətdə saxlanılır.     


mənbə :
Report.az

Gurcustanda koronavirusa yoluxanlarin sayi 2 000-ni otdu