[r32]
xeber –
Azərbaycan yığmasının futbolçusu Rüfət Dadaşov ABŞ Milli Futbol Liqasında (USL) növbəti qollarını vurub.
“Report”un məlumatına görə, “Finiks Rayzinq” klubunda çıxış edən 29 yaşlı hücumçu “Las-Veqas Layts” komandası ilə ev matçında dubla imza atıb.
Meydana start heyətdə çıxan Dadaşov 27-ci dəqiqədə hesabı açıb. Forvard 44-cü dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. Qarşılaşma “Finiks Rayzinq”in 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın matçında uzun müddətdən sonra məhdud sayda azarkeş olub.
Hazırda “Finiks Rayzinq” 12 oyundan sonra 26 xalla B qrupunda liderdir.
Qeyd edək ki, aktivində 10 qol olan Rüfət Dadaşov Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Lüksemburq və Kiprlə oyunlarına çağırılmamışdı.
Dadashov just sending that ball home.#RisingTogether pic.twitter.com/qfps63hiPF
— Phoenix Rising FC (@PHXRisingFC) September 12, 2020
Dadashov just sending that ball home.#RisingTogether pic.twitter.com/qfps63hiPF
— Phoenix Rising FC (@PHXRisingFC) September 12, 2020
When the @USLChampionship golden boot race can just happen on one team.#RisingTogether pic.twitter.com/LE4zZn3FjN
— Phoenix Rising FC (@PHXRisingFC) September 12, 2020
mənbə :
Report.az