[r32]
xeber –
Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report”un məlumatına görə, naməlum şəraitdə bıçaqlanan 1971-ci il təvəllüdlü Kərimova Gülnaz Əşrəf qızı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı yaralıda qarnın ön divarının bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
mənbə :
Report.az