İçeriğe geçmek için "Enter"a basın

Nizami rayonunda avtomobil piyadanı vuraraq öldürdü

12-09-2020

[r32]
xeber –

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, Neftçilər metrosunun yaxınlığında 99-UE-332 dövlət nömrə nişanlı “Volkswagen Jetta” markalı avtomobil təqribi 30-35 yaşlı kişini vurub. Piyada hadisə yerindəcə keçinib. Qəza yerinə PPX, DYP əməkdaşları və təcili tibbi yardım briqadası və təxliyə maşını gəlib.

Faktla bağlı araşdırma aparılır.


mənbə :
Report.az

Nizami rayonunda avtomobil piyadani vuraraq oldurdu