İçeriğe geçmek için "Enter"a basın

Ermənistanda gələn ilin yanvar ayına qədər karantin tətbiq ediləcək

11-09-2020

[r32]
xeber –

Ermənistan hökuməti fövqəladə vəziyyət rejiminin müddətinin bitməsindən sonra ölkədə karantin rejimi tətbiq edilməsi barədə qərar qəbul edib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ermənistanda karantin 11 yanvar 2021-ci il tarixinədək tətbiq ediləcək.

Qeyd edək ki, Ermənistanda mart ayından bəri fövqəladə vəziyyət rejimi qüvvədədir.

Ən son məlumatlara görə, Ermənistanda 45 503 koronavirusa yoluxma halı aşkar edilib, 909 nəfər COVID-19-dan ölüb.


mənbə :
Report.az

Ermenistanda gelen ilin yanvar ayina qeder karantin tetbiq edilecek