[r32]
xeber –
2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.
“Report” əyalət təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Azərbaycan Premyer Liqasının növbəti turu ərəfəsində braziliyalı Rafael Utziqin Alemaonun transferini gerçəkləşdirib. 24 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
İndiyədək yalnız vətənində çıxış etmiş “sambaçı”nın son klubu “Parana” olub. Sağ cinah vingeri mövqeyində də oynayan oyunçu 2018 – 2020-ci illərdə fasilə ilə bu komandanın heyətində A və B seriyalarında çıxış edib.
Utziq karyerası ərzində “Foz de İquaçu” (2015, 2018), “Kaskavel” (2016), “Ypiranqa Ereçim” (2016-2018) və “Çianorte”nin (2019) də formasını da geyinib.
mənbə :
Report.az