[r32]
xeber –
ABŞ Açıq çempionatında (US Open) qadın tennisçilərin mübarizəsində finalçılar müəyyənləşib.
“Report”un məlumatına görə, həlledici görüşdə Belarus təmsilçisi Viktoriya Azarenko yaponiyalı Naomi Osaka ilə üz-üzə gələcək.
Azarenko yarımfinalda ABŞ tennisçisi Serena Uilyamsı mübarizədən kənarlaşdırıb. İlk setdə rəqibinə 1:6 hesabı ilə uduzan belarusiyalı idmançı növbəti iki setdə eyni hesabla qalib olub – 6:3.
Osaka isə digər ABŞ təmsilçisi Cennifer Bredini məğlub edib.
Qeyd edək ki, yarışın mükafat fondu 53,4 milyon ABŞ dollarıdır. Final görüşü sentyabrın 12-də gerçəkləşəcək.
d
mənbə :
Report.az