İçeriğe geçmek için "Enter"a basın

Ermənistanda zəhərli spirtli içkidən ölənlərin sayı 19-a çatdı

10-09-2020

[r32]
xeber –

Ermənistanda saxta spirtli içkidən zəhərlənərək ölənlərin sayı 19-a çatıb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Mətbuat xidməti yayıb.

Avqustun 31-dən sentyabrın 10-dək Ermənistanda metanol tərkibli alkoqoldan 46 nəfər zəhərlənib, sentyabrın 10-da daha 1 nəfər ölüb.

Armavir vilayətində 10 nəfər, Yerevanda isə 7 nəfər ölüb, Kotaykda isə zəhərlənənlərin 2-si də ölüb.

Xatırladaq ki, avqustun 31-dən paytaxt Yerevan, eləcə də Armavir və Kotaykda saxta spirtli içkidən zəhərlənmələr qeydə alınır. Hadisələrlə bağlı artıq həbslər də başlayıb.


mənbə :
Report.az

Ermenistanda zeherli spirtli ickiden olenlerin sayi 19-a catdi