İçeriğe geçmek için "Enter"a basın

Bülent Arınc və xanımı koronavirusa yoluxub

10-09-2020

[r32]
xeber –

Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri, Prezident Administrasiyası Ali Məsləhət Quruluşunun üzvü Bülent Arınc və xanımı koronavirusa yoluxub.

“Report” xəbər verir ki, məlumatı İHA yayıb.

“Bu gün həyat yoldaşım və mənim koronavirus şübhəsi ilə xəstəxanada verdiyimiz testin nəticəsi müsbət çıxdı. Müalicəmiz evdə aparılacaq. Dualarınıza və xoş diləklərinizə ehtiyacımız var. Biz də bu və buna bənzər xəstəliklərə məruz qalan bütün dostlarımıza və millətimizin hər fərdinə Rəbbimizdən şəfa diləyirik”, – B.Arınc bildirib.


mənbə :
Report.az

Bulent Arinc ve xanimi koronavirusa yoluxub