[r32]
xeber –
COVID-19 peyvəndlərinin kliniki sınaqlarının üçüncü mərhələsinin nəticələri 2021-ci ilin başlanğıcında məlum olacaq və preparatların bir neçə yüz milyon dozasını növbəti ilin ortasında gözləməyə dəyər.
“Report” xəbər verir ki, bu barədə “İzvestiya”ya Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) bildiriblər.
“Biz gözləyirik ki, bu vaksinlərdən biri və ya daha çoxu təhlükəsiz olacaq və infeksiyadan müdafiədə effektivdir, ancaq söhbət dəqiq hansı peyvənddən gedir, bu hələlik məlum deyil. Yalnız üçüncü mərhələnin nəticələri məsələyə aydınlıq gətirəcək”, – təşkilatda qeyd ediblər.
mənbə :
Report.az