İçeriğe geçmek için "Enter"a basın

Abşeronda qadın avtomobildən düşürülərək bıçaqla hədələnib

09-09-2020

[r32]
xeber –

Abşeron Rayon Polis İdarəsinə (RPİ) müraciət edən Xırdalan şəhər sakini S.Paşayeva sentyabrın 7-də saat 19 radələrində Novxanı kəndinə gedəcəyi məqsədilə şəhər ərazisində sərnişin qismində bir avtomobilə əyləşdiyini, kənd ərazisində sürücü və digər sərnişinin onu avtomobildən düşürərək, bıçaqla hədələyib 300 manatını və 2 ədəd mobil telefonunu alıb hadisə yerini tərk etdiklərini bildirib.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildiirlib ki, idarə əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən sürücü – Bakı şəhər sakini Samir Mehralıyev və tanışı Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Ziyad Abbasov qısa müddətdə müəyyən edilərək saxlanılıblar.

Faktla əlaqədar Abşeron RPİ-də Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
 



mənbə :
Report.az

Abseronda qadin avtomobilden dusurulerek bicaqla hedelenib