İçeriğe geçmek için "Enter"a basın

Yohan Valem: "Azərbaycana məğlubiyyət bizim üçün yaxşı dərs oldu"

09-09-2020

[r32]
xeber –

“Millətlər Liqasında ikinci məğlubiyyətimizi aldıq və bu, hamı üçün yaxşı dərs oldu”.

“Report”un məlumatına görə, bu fikirləri Kipr yığmasının baş məşqçisi Yohan Valem UEFA Millətlər Liqasının II turunda evdə Azərbaycana 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib. 

48 yaşlı mütəxəssis ilk hissədə pis oynadıqlarını bildirib: “Rəqib təhlükəli hücumlar təşkil edirdi, biz isə qorxurduq. Sonradan vəziyyəti düzəltsək də, artıq gec oldu. Səhvlərimizi düzəltməliyik. Hədəflərimizə çatmaq üçün çalışmağa davam edəcəyik”.


mənbə :
Report.az

Yohan Valem: "Azerbaycana meglubiyyet bizim ucun yaxsi ders oldu"