İçeriğe geçmek için "Enter"a basın

Gürcüstan və Türkmənistanın XİN başçıları onlayn formatda görüş keçirib

08-09-2020

[r32]
xeber –

Gürcüstanın xarici işlər naziri David Zalkaliani türkəminstanlı həmkarı Rəşid Meredovla onlayn formatda görüş keçirib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə ikitərəfli və çoxtərəfli münasibətlərə dair məsələlər, o cümlədən ticari-iqtisadi, nəqliyyat, energetika, logistika, turizm sahəsindəki, beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlıq müzakirə olunub.

Nazirlər əsas diqqəti beynəlxalq nəqliyyat-tranzit dəhlizlərinə ayırıblar. “Qara dəniz – Xəzər dənizi” və “Lapis Lazuli” layihələri ilə bağlı çoxtərəfli formatlarda qəbul olunan qərarların həyata keçirilməsinin əhəmiyyəti qeyd olunub.

Tərəflər pandemiyaya qarşı mübarizə tədbirləri və cari vəziyyət barədə məlumat mübadiləsi də həyata keçiriblər.    

 


mənbə :
Report.az

Gurcustan ve Turkmenistanin XİN bascilari onlayn formatda gorus kecirib