İçeriğe geçmek için "Enter"a basın

"Qarabağ"ın potensial rəqibində koronavirus aşkarlandı

08-09-2020

[r32]
xeber –

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın potensial rəqiblərindən olan Xorvatiyanın “Dinamo” klubunun bir futbolçusu koronavirusa yoluxub. 

“Report” xəbər verir ki, Zaqreb təmsilçisi həmin şəxsin adını açıqlamayıb. “Dinamo” oyunçuların və məşqçilər heyətinin karantinə alınmasına ehtiyac olmadığını bildirib. 

Zaqreb təmsilçisi III təsnifat mərhələsində Macarıstan çempionu “Ferentsvaroş”u mübarizədən kənarlaşdıracağı təqdirdə, növbəti raundda “Qarabağ” – “Molde” (Norveç) cütünün qalibi ilə qarşılaşacaq. 

Pley-off mərhələsinin ilk matçları 22-23 sentyabrda, cavab qarşılaşmaları 29-30 sentyabrda oynanılacaq. III təsnifat mərhələsinin görüşləri isə 15-16 sentyabrda gerçəkləşəcək.


mənbə :
Report.az

"Qarabag"in potensial reqibinde koronavirus askarlandi