İçeriğe geçmek için "Enter"a basın

Millətlər Liqası: Fransa və Portuqaliya qələbə qazandı

06-09-2020

[r32]
xeber –

UEFA Millətlər Liqasında I tura yekun vurulub. 

“Report”un məlumatına görə, 3-cü oyun günündə 9 qarşılaşma baş tutub.

C Liqasının 1-ci qrupunda mübarizəyə qoşulan Azərbaycan millisi ilk turda Lüksemburqa 1:2 hesabı ilə uduzub. Qrupun digər matçında Monteneqro səfərdə Kipri məyus edib – 2:0. 

A Liqasının 2-ci qrupunda İngiltərə səfərdə İslandiyanı minamal hesabla üstələyib – 1:0. Belçika isə Danimarka ilə görüşdən qalib ayrılıb – 2:0. 

3-cü qrupda Portuqaliya evdə Xorvatiyanı məğlub edib – 3:1, İsveç isə son dünya çempionu Fransaya uduzub – 0:1

UEFA Millətlər Liqası, I tur

5 sentyabr

A liqası

2-ci qrup

20:00. İslandiya – İngiltərə – 0:1 

Qol: Rahim Sterlinq, 90 (Pen)

22:45. Danimarka – Belçika – 0:2 

Qol, Ceyson Denayer, 9. Dris Mertens, 77

3-cü qrup

22:45. Portuqaliya – Xorvatiya – 3:1 

Qol: Joau Kanselu, 41. Diogo Jota, 58. Joau Feliks – Bruno Petkoviç, 90+1 

22:45. İsveç – Fransa – 0:1 

Qol: Kilian Mbappe, 41

C liqası

1-ci qrup

20:00. Azərbaycan – Lüksemburq – 1:2 

Qollar: Ramil Şeydayev, 43 – Anton Krivotsyuk, 48 (avtoqol), Gerson Rodriges, 72

20:00. Kipr – Monteneqro – 0:2 

Qollar: Stefan Yovetiç, 60, 73

2-ci qrup

17:00. Şimali Makedoniya – Ermənistan – 2:1 

Qollar: Ezgijan Alioski, 4 (pen), İliya Nestorovski, 38 (pen) – Tigran Barseghyan, 90 (pen) 

20:00. Estoniya – Gürcüstan – 0:1

Qol: Nika Katçarava, 32

D liqası

2-ci qrup

17:00. Cəbəllütariq – San-Marino – 1:0 

Qol: Graeme Torrilla


mənbə :
Report.az

Milletler Liqasi: Fransa ve Portuqaliya qelebe qazandi