[r32]
xeber –
Bakının Sabunçu rayonunda yaşayan Həmidov Nurəddin Həbib oğlu itkin düşüb.
Bu barədə “Report”a onun oğlu xəbər verib.
O, bildirib ki, atası dünən saat 17:30 radələrində Maştağa qəsəbəsi Gülçülük qəsəbəsində evdən çıxıb və bu günə kimi geri qayıtmayıb. N.Həmidovun yaddaş probleminin olduğu bildirilir.
Onun haqqında məlumatı olanlardan “070-299-44-14” telefon nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.
mənbə :
Report.az