İçeriğe geçmek için "Enter"a basın

22 yaşlı idmançı yarış zamanı öldü

05-09-2020

[r32]
xeber –

Rusiyanın paytaxtı Moskvada keçirilən velosiped yarışı zamanı faciə baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, Qran-pridə iştirak edən yerli idmançı Pavel Sveşnikov dünyasını dəyişib.

22 yaşlı velosipedçi huşunu itirərək yerə yıxılıb. Ona ilkin yardım göstərilib dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Sentyabrın 2-də isə Moskvada 16 yaşlı xokkeyçi məşq zamanı zədə alaraq ölüb.

Qeyd edək ki, Sveşnikov 2018-ci ildə trek üzrə Rusiya çempionatında gümüş medal qazanıb.


mənbə :
Report.az

22 yasli idmanci yaris zamani oldu