İçeriğe geçmek için "Enter"a basın

Dünyanın ən bahalı pulu satılır

05-09-2020

[r32]
xeber –

Oktyabrın 8-də numizmatlar üçün böyük məbləği olan, 1794-cü ilə aid gümüş ABŞ dollarının yeni sahibi məlum olacaq.

Bu barədə “Report” CNN-ə istinadən xəbər verir.

Qeyd edilir ki, o, 2013-cü ildə 10 milyon ABŞ dollarına satılıb və qiymətinə görə yeni rekord vura bilər.

Qədim yunan ilahələri kimi üslublaşdırılmış Azadlığın təsviri olan qadın profilli sikkə ilk kəsilmiş dollar olub. Ehtimal edilir ki, onu ABŞ prezidenti Corc Vaşinqton əlində saxlayıb.

Ümumilikdə 1 758 belə sikkə buraxılıb, lakin dövrümüzə həmin pullardan təxminən 130-u çatıb. Onlar geniş ictimaiyyət üçün nəzərdə tutulmayıb və Konqres üzvlərinə, ABŞ-ın fəxri vətəndaşlarına paylanılıb.


mənbə :
Report.az

Dunyanin en bahali pulu satilir