[r32]
xeber –
Abşeronda xəsarətlə nəticələnən yol qəzası baş verib.
“Report”un məlumatına görə, hadisə Hökməli qəsəbəsində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələrindən birində olan 2019-cu il təvəllüdlü Məcidli Yusif Fariz oğlu müxtəlif bədən xəsarətləri alib. Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.
mənbə :
Report.az