İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda daha 132 yoluxma qeydə alınıb, 155 nəfər sağalıb

04-09-2020

[r32]
xeber –

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 132 yeni yoluxma faktı qeydə alınıb, 155 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 37 031 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 419 nəfər müalicə olunaraq sağalıb, 543 nəfər vəfat edib, aktiv xəstə sayı 2 069 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 048, bu günə qədər isə ümumilikdə 949 313 test icra olunub.


mənbə :
Report.az

Azerbaycanda daha 132 yoluxma qeyde alinib, 155 nefer sagalib