İçeriğe geçmek için "Enter"a basın

Premyer Liqa təmsilçiləri 540 milyon funt sterlinq itirə bilər

04-09-2020

[r32]
xeber –

Futbol üzrə İngiltərə Premyer Liqasında çıxış edən klubların 2020/2021 mövsümündə koronavirus pandemiyası səbəbindən itirə biləcəyi məbləğ açıqlanıb. 

“Report” “Financial Times”a istinadən xəbər verir ki, klubların 540 milyon funt sterlinq məbləğində ziyana düşəcəyi gözlənilir. 

Azarkeşlərin oktyabrda stadionlara qismən də olsa buraxılması vəziyyəti dəyişməyəcək. 

Qeyd edək ki, Premyer Liqa təmsilçiləri 2019/2020 mövsümündə pandemiyaya görə 850 funt sterlinqdən məhrum olub. Çempionatda yeni mövsümə sentyabrın 12-də start veriləcək. 


mənbə :
Report.az

Premyer Liqa temsilcileri 540 milyon funt sterlinq itire biler