[r32]
xeber –
Bakıda mağazada oğurluq hadisəsi baş verib.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 26-da rayon ərazisindəki mağazaların birindən 4 200 manat pul və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Z.Əzizov saxlanılıb.
mənbə :
Report.az