İçeriğe geçmek için "Enter"a basın

Gələn ilin büdcəsində COVID-19-la mübarizəyə 600 milyon manat ayrılacaq

03-09-2020

[r32]
xeber –

Azərbaycanın gələn ilki dövlət büdcəsində COVID-19 pandemiyası ilə mübarizə tədbirləri üçün 600 milyon manat ayrılacaq.

“Report” xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəriciləri layihəsində yer alıb.

Məlumata görə, 2021-ci ilin dövlət büdcəsini əsas səciyyələndirən xüsusiyətlərindən biri sosialyönlü xərclərin ümumi büdcə xərclərində xüsusi çəkisinin 42 faiz təşkil etməsidir.

Həmçinin, COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin 2021-ci ildə də davam etdirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 600 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb.


mənbə :
Report.az

Gelen ilin budcesinde COVİD-19-la mubarizeye 600 milyon manat ayrilacaq