İçeriğe geçmek için "Enter"a basın

“Forsaj” filminin məşhur aktyoru COVID-19-dan sağalıb

03-09-2020

[r32]
xeber –

“Qaya” ləqəbi ilə məşhur olan Amerika aktyoru və restler Dueyn Conson və ailəsi koronavirusdan sağalıb.

“Report”un məlumatına görə, bu barədə aktyor özü “Instagram”da bildirib.

“Arvadım Loren, iki qızım və mənim COVID-19 testimiz müsbət oldu. Mən sizə deyə bilərəm ki, bu, bizim ailə kimi keçdiyimiz ən mürəkkəb sınaqlardan biri idi”, – Conson qeyd edib.

Aktyor əlavə edib ki, o və ailəsi artıq sağalıb.

Dueyn Conson “Forsaj”, “Əqrəblərin şahı”, habelə digər filmlərdəki rolları ilə məşhurdur.


mənbə :
Report.az

“Forsaj” filminin meshur aktyoru COVİD-19-dan sagalib