İçeriğe geçmek için "Enter"a basın

Hacıqabulda yol qəzası olub, ölən və xəsarət alan var

03-09-2020

[r32]
xeber –

Hacıqabulda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası qeydə alınıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Muğan kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 23 yaşlı sürücü, Bərdə rayon sakini Rzayev Çoşqun Malik oğlu “Ford” markalı yük maşını ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə “Ford” yol kənarındakı maneəyə çırpılıb. Hadisə zamanı yük maşınında olan şərnişin, Bərdə rayon sakini, 1991-ci il təvəllüdü İbrahimov Qabil Akif oğlu elə hadisə yerindəcə dünyasını dəyişib, sürücü isə müxtəlif növ ağır bədən xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Travmatologiya şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.



mənbə :
Report.az

Haciqabulda yol qezasi olub, olen ve xesaret alan var