[r32]
xeber –
Tovuz rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Aşağı Ayıblı kəndində, şərti olaraq “Köhnə yol” adlanan ərazidə qeydə alınıb.
Qəza nəticəsində bir neçə nəfər xəsarət alıb. Onların arasında azyaşlıların da olduğu bildirilir. Xəsarət alanlar vətəndaşlar tərəfindən xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
mənbə :
Report.az