İçeriğe geçmek için "Enter"a basın

Salyanda avtomobil piyadaları vurub

02-09-2020

[r32]
xeber –

Salyan rayonunda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndində baş verib.

Belə ki, kənd sakini, 1957-ci il təvəllüdlü Axundova Lətifə Əlihüseyn qızı yolu keçmək istəyən zaman minik avtomobili vurub.

Digər hadisə isə rayonun Parça Xələc kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1953-cü il təvəllüdlü Bağırova Simuzər Ağababa qızı yolda gedərkən “Mersedes” markalı avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki piyada  Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


mənbə :
Report.az

Salyanda avtomobil piyadalari vurub