İçeriğe geçmek için "Enter"a basın

DİN nənə və nəvənin avtomobillə vurulması ilə bağlı məlumat yaydı

02-09-2020

[r32]
xeber –

Daxili İşlər Nazirliyi (DİN) Bakıda nənə və nəvənin avtomobillə vurulması faktı ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, sentyabrın 1-də saat 15 radələrində Xətai rayonunun Gəncə prospektində Bakı şəhər sakini C.Allahverdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Xuraman Qədiyevanı və onun nəvəsi, 6 yaşlı Ə.Mirzəyevanı vurub. Nəticədə X.Qədiyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb, uşağa xəstəxanada ilkin tibbi yardım göstərilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


mənbə :
Report.az

DİN nene ve nevenin avtomobille vurulmasi ile bagli melumat yaydi