Azərbaycanda qız uşaqları doğulan valideynlərinin mükafatlandırılması üçün yeni sistem tətbiq ediləcək.
Azadliq.az 1news.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov bəyan edib.
Onun sözlərinə görə, ailədə ikinci qız dünyaya gəldikdə onun adına bankda 10 min manatlıq hesab açılacaq.
“Mükafatlandırma sistemi artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış və 2015-2020-ci illər üçün nəzərdə tutulmuş Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramına daxil edilib. Dövlət Proqramının layihəsi yaxın günlərdə Nazirlər Kabinetinə təqdim ediləcək, müvafiq olaraq yaxın aylarda qüvvəyə minəcək”, – V.Bayramov əminlik ifadə edib, amma dəqiq tarixi açıqlamayıb.
Onun fikrincə, iqtisadi böhran mükafatlandırma sisteminin təsdiqlənməsində təzahür etməyəcək.
“Bu, Azərbaycan büdcəsi üçün elə də böyük məbləğ deyil”, – iqtisadçı hesab edir.
Azadliq.az
salam.menim ikinci qiz ovladim dunyaya gelecek. boyuk qizim 2010 cu ilde ikinc qizim ise 2015 ci ilde dunyaya gelecek.bilmek isteyirem ki bize bu tezminat dusur ya yox.xais edirem bize bu barede melumat veresiniz. onceden tessekurumuzu bildiririk.
Salam menim qizim 2014 dekabirinda olub.bilmek olar bize pul duwur.xayiw edirem cavablandirin.
Salam menim 2 qizim 2014 dekabirinda olub bilmek olar bize tezminat verilir? Zehmet olmsa cavablandirin.Gunay.twk.
Iki q;za görə(2015) açılacaq(Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov) hesab qüvvəyə mindimi.Daha cox informasiyanı kimden ve haradan ala bilerem?
Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov