İçeriğe geçmek için "Enter"a basın

"Bavariya" Çempionlar Liqasının 6 qat qalibi oldu

24-08-2020

[r32]
xeber –

Almaniyanın “Bavariya” klubu tarixində 6-cı dəfə UEFA Çempionlar Liqasının qalibi olub. 

“Report”un məlumatına görə, Münhen təmsilçisi 11-ci dəfə çıxdığı həlledici qarşılaşmada Fransa PSJ-sini məğlubiyyətə uğradıb – 1:0. Portuqaliyanın paytaxtı Lissabondakı “Da Luş” stadionunda keçirilmiş görüşdə yeganə qolu 59-cu dəqiqədə Kinqsli Koman vurub. Fransalı yarımmüdafiəçi yetirməsi olduğu klubu məyus edib. 

Bununla da Hans-Diter Flikin baş məşqçi olduğu kollektiv 7 ildən sonra Avropanın ən nüfuzlu klub turnirinin baş mükafatına yiyələnib. 

Qeyd edək ki, “Bavariya” daha əvvəl 1974, 1975, 1976, 2001 və 2013-cü illərdə Çempionlar Liqasını qazanıb. 


mənbə :
Report.az

"Bavariya" Cempionlar Liqasinin 6 qat qalibi oldu