İçeriğe geçmek için "Enter"a basın

"Qarabağ"ın sabiq futbolçusu: "PAOK "Beşiktaş"ı məğlub edəcək"

22-08-2020

[r32]
xeber –

“Beşiktaş”ın ən güclü oyunçularından biri Burak Yılmaz idi, o da klubdan ayrılıb. İstanbul təmsilçisi artıq zəif komandadır”.

“Report” xəbər verir ki, bu fikirləri “Hurriyet”ə açıqlamasında Türkiyənin “Kayserispor” klubunun futbolçusu Pedro Enrike Çempionlar Liqasının II təsnifat mərhələsində “Beşiktaş”ın Yunanıstan PAOK-u ilə matçı barədə danışarkən deyib. 

30 yaşlı yarımmüdafiəçi Yunanıstan təmsilçisinin qələbə qazanacağını söyləyib. Enrikenin sözlərinə görə, PAOK qarşılaşmanın favoritidir. 

Qeyd edək ki, 2017/2018 mövsümündə müqavilə ilə Yunanıstan PAOK-una məxsus olan Pedro Enrike icarə əsasında “Qarabağ”da çıxış edib. Braziliyalı oyunçu Ağdam təmsilçisi ilə UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində oynayıb. O, Bakıda İtaliyanın “Roma” komandasına 1:2 hesabı ilə uduzduqları matçda fərqlənərək, Azərbaycan futbol tarixində ÇL-in qrup mərhələsində qol vuran ilk oyunçu olub. 

PAOK – “Beşiktaş” görüşü avqustun 25-də gerçəkləşəcək. 


mənbə :
Report.az

"Qarabag"in sabiq futbolcusu: "PAOK "Besiktas"i meglub edecek"