[r32]
xeber –
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün I turunda daha bir qarşılaşma keçirilib.
“Report”un məlumatına görə, “Neftçi” doğma meydanda “Səbail”i qəbul edib.
“Bakcell Arena”da keçirilmiş qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Neftçi”nin heyətində Namiq Ələsgərov 16-cı və 66-cı dəqiqələrdə fərqlənib. 79-cu dəqiqədə isə Peyman Keşavarz fərqi azalda bilib.
Qeyd edək ki, günün ilk matçında “Keşlə” səfərdə “Sumqayıt”ı minimal hesabla üstələyib – 1:0. Avqustun 22-də “Qarabağ” – “Sabah”, 23-də isə “Qəbələ” – “Zirə” oyunu keçiriləcək.
mənbə :
Report.az