İçeriğe geçmek için "Enter"a basın

"Şkupi"nin futbolçusu: "Neftçi"yə qarşı sakit başla oynamaq istəyirik"

20-08-2020

[r32]
xeber –

“Son iki oyunda qazandığımız nəticələrə görə komandada müsbət ab-hava var. Çətin olsa da, son matçda 3 xal qazana bildik”.

“Report”un məlumatına görə, bunu Makedoniya “Şkupi”sinin futbolçusu Faton Yusufi klubun rəsmi saytına açıqlamasında deyib.

O bildirib ki, ölkə çempionatının 3-cü turunda sabah “Belasitsa”ya da qalib gələrək Avropa Liqasının I təsnifat mərhələsinin “Neftçi” ilə qarşılaşmasına yüksək əhval-ruhiyyədə çıxmaq istəyirlər: “Bakıda sakit başla keyfiyyətli oyun göstərmək və qələbə qazanmaq istəyirik”.

“Şkupi” ilk 2 turdan sonra 4 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, avqustun 27-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Şkupi” oyunu saat 20:00-da başlayacaq.


mənbə :
Report.az

"Skupi"nin futbolcusu: "Neftci"ye qarsi sakit basla oynamaq isteyirik"