İçeriğe geçmek için "Enter"a basın

"Barselona" yeni baş məşqçisi ilə müqavilə imzaladı

19-08-2020

[r32]
xeber –

İspaniyanın “Barselona” klubu yeni baş məşqçisini açıqlayıb. 

“Report” Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda niderlandlı Ronald Kumana tapşırılıb. 

57 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb. O, bu postda istefaya göndərilmiş Kike Setyeni əvəzləyib. 

Qeyd edək ki, “Barselona” UEFA Çempionlar Liqasının 1/4 finalında Almaniya “Bavariya”sına 2:8 hesabı ilə uduzub. Ronald Kuman futbolçu karyerasında 1989 – 1995-ci illərdə “Barselona”da oynayıb. O, 1998 – 2000-ci illərdə komandada köməkçi məşqçi işləyib. 


mənbə :
Report.az

"Barselona" yeni bas mesqcisi ile muqavile imzaladi