İçeriğe geçmek için "Enter"a basın

"Neftçi", "Sumqayıt" və "Keşlə"nin matçına təyinatlar açıqlandı

17-08-2020

[r32]
xeber –

UEFA Avropa Liqasında Azərbaycanı təmsil edəcək “Neftçi”, “Sumqayıt” və “Keşlə”nin matçlarına hakim təyinatları bəlli olub. 

“Report”un məlumatına görə, “Nefçi” – “Şkupi” (Şimali Makedoniya) matçını Latviyadan olan Aleksandr Qolubev idarə edəcək. 

“Sumqayıt” – “Şkendiya” (Şimali Makedoniya) görüşü isə qazaxıstanlı Arman İsmuratova tapşırılıb. “Keşlə” – “Laçi” qarşılaşmasında isə baş hakim gürcüstanlı Georgi Kikaçeişvili olacaq. 

Qeyd edək ki, hər üç matç avqustun 27-də gerçəkləşəcək. 


mənbə :
Report.az

"Neftci", "Sumqayit" ve "Kesle"nin matcina teyinatlar aciqlandi