İçeriğe geçmek için "Enter"a basın

"Sevilya" XXI əsrdə ən çox finala yüksələn komanda oldu

17-08-2020

[r32]
xeber –

İspaniyanın “Sevilya” komandası XXI əsrdə ən çox avrokubokların finalına vəsiqə qazanan komanda olub. 

“Report” “Time24.News”a istinadən xəbər verir ki, əndəlusiyalılar buna Avropa Liqasının yarımfinalında İngiltərə “Mançester Yunayted”ini 2:1 hesabı ilə məğlub etdikləri görüşdə nail olub. 

“Sevilya” 2006 – 2016-cı illərdə beş dəfə Avropa Liqasının, eyni sayda UEFA Super Kubokunun finalında oynayıb. 

Komanda bunadək 2002, 2014, 2016, 2017 və 2018-cı illərdə UEFA Çempionlar Liqasını qazanan “Real Madrid”lə eyni pilləni bölüşürdü. Madrid təmsilçisi həmin illərdə UEFA Super Kubokunda da mübariazə aparıb. 

2000/2001 mövsümündən bəri İngiltərə “Liverpul”u qitə finalalrında iştirak edən üçün klubdur. Mersisayd təmsilçisi 4 dəfə Çempionlar Liqasının, iki dəfə Avropa Liqasının, 3 dəfə isə UEFA Super Kubokunun finalında oynayıb. 

İspaniyanın iki klubu – “Barselona” və “Atletiko” avrokuboklarda hərəyə 8 dəfə finalda çıxış ediblər. 

Qeyd edək ki, “Sevilya” Avropa Liqasının avqustun 21-də Avropa Liqasının finalında “İnter” (İtaliya) – “Şaxtyor” (Ukrayna) cütünün qalibi ilə üz-üzə gələcək. 


mənbə :
Report.az

"Sevilya" XXİ esrde en cox finala yukselen komanda oldu