İçeriğe geçmek için "Enter"a basın

"Lion" "Mançester Siti"ni məğlub edərək yarımfinala yüksəldi

16-08-2020

[r32]
xeber –

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

“Report”un məlumatına görə, bu raundun son oyununda İngiltərənin “Mançester Siti” klubu ilə Fransa “Lion”u üz-üzə gəlib. Görüş Portuqaliyanın Lissabon şəhərindəki “Joze Alvalade” stadionunda baş tutub.

3:1 hesabı ilə qələbə qazanan “Lion” yarımfinala yüksəlib. 

Görüşdə hesab 24-cü dəqiqədə açılıb. “Lion”un heyətində Maksvel Korne fərqlənib. Birinci hissədə qapılara başqa qol vurulmayıb. İngiltərə təmsilçisi 69-cu dəqiqədə hesabı bərabərləşdirə bilib. Kevin De Bröyne dəqiq oynayıb. “Şəhərlilər” 10 dəqiqə sonra yenidən mərkəzə dəvət olunub. Meydana yeni daxil olan Mussa Dembele “Lion”u yenidən önə keçirib. 24 yaşlı hücumçu 87-ci dəqiqədə özünün ikinci, komandasının isə üçüncü qoluna imza atıb.  

“Lion” yarımfinalda “Barselona”nı (İspaniya) 8:2 hesabı ilə darmadağın edən Almaniya “Bavariya”sı ilə qarşılaşacaq.

Qeyd edək ki, yarımfinalın digər oyununda isə PSJ (Fransa) və “Leyptsiq” (Almaniya) komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Oyunlar 18 – 19 avqust tarixlərində keçiriləcək.

13 avqust

Çempionlar Liqası, 1/4 final

23:00. “Mançester Siti” (İngiltərə) – “Lion” (Fransa) – 1:3 

Qol: Kevin De Bröyne, 69 – Maksvel Korne, 24. Mussa Dembele, 79. 87
Baş hakim:
 Denni Makkeli
Portuqaliya, Lissabon. “Joze Alvalade” stadionu

 


mənbə :
Report.az

"Lion" "Mancester Siti"ni meglub ederek yarimfinala yukseldi