İçeriğe geçmek için "Enter"a basın

Bavariya Çempionlar Liqasında yeni rekorda imza atdı

15-08-2020

[r32]
xeber –

Bu gün baş tutan UEFA Çempionlar Liqasında 1/4 final mərhələsi Almaniya “Bavariya”sı üçün əlamətdar hadisə ilə yadda qalıb.

“Report” xəbər verir ki, Münhen klubu UEFA Çempionlar Liqası tarixində pley-off matçında 1 matçda 8 qol vuran ilk komanda olub. Bu qalibiyyətlə Bavariya Çempionlar Liqasının bu mövsümdəki qollarının sayını 39-a çatdırıb.

Qeyd edək ki, “Bavariya” növbəti mərhələdə “Mançester Siti” (İngiltərə) – “Lion” (Fransa) cütünün qalibi ilə qarşılaşacaq. Yarımfinalın digər oyununda isə PSJ (Fransa) və “Leyptsiq” (Almaniya) komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Oyunlar 18 – 19 avqust tarixlərində keçiriləcək.


mənbə :
Report.az

Bavariya Cempionlar Liqasinda yeni rekorda imza atdi